Yuxarı

Rusiyada bəndin uçması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-2

Rusiyada bəndin uçması nəticəsində ölənlərin sayı artıb

Rusiyanın Krasnoyarsk diyarının Kuragino rayonunda qızıl mədənindəki bəndin uçması nəticəsində fəhlə yataqxanasında qalan 15 nəfər ölüb, 13 nəfər isə itkin düşüb.

"Report"RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerinə RF Fövqəladə Hallar Nazirliyinə məxsus 6 helikopter, bir neçə kater, 300 nəfər canlı qüvvə cəlb edilib, Hazırda qəzanın nəticələri aradan qaldırılır, itkin düşənlərin axtarışı aparılır.

Qeyd edək ki, Krasnoyarsk diyarının Kuraqino rayonunda Seyba çayında quraşdırılan bənd ötən gecə, yerli vaxtla saat 02:00-da uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.


***06:50

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərində quraşdırılan bəndin uçması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb. 

 “Report”  Ria “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Qeyd olunub ki, baş verən hadisə nəticəsində 10 nəfər ölüb, 15 nəfərə hadisə yerinə tibbi yardım göstərilib: "Dörd nəfər tibb müəssisələrinə aparılıb, 15 nəfərin isə taleyi məlum deyil".


***06:25

Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayında quraşdırılan bəndin uçması nəticəsində altı nəfər ölüb, 10 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə Ria “Novosti”yə ölkənin Fövqəladə Hallar Nazirlyindən məlumat verilib.

Diyarın FHN rəsmisi bildirib ki, yerli vaxtla saat 02:00 da qızıl mədən artelinin texnoloji anbarının bəndi uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.

“20 nəfər xəsarət alıb. Onlardan 6-sı ölüb, 14 nəfər isə xəstəxanaya aparılıb. Digər 10 nəfərin taleyi məlum deyil”.

Ən yaxın Artyomovsk şəhərindən bütün təcili yardım xidmətləri əraziyə göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi