Rusiyada bəbir kişini parçalayaraq öldürüb

Rusiyada bəbir kişini parçalayaraq öldürüb Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin İstra rayonunda evdə bəbir kişini parçalayaraq öldürüb.
Region
3 Yanvar , 2018 12:29
Rusiyada bəbir kişini parçalayaraq öldürüb

Bakı. 3 yanvar. REPORT.AZ/ Rusiyanın Moskva vilayətinin İstra rayonunda evdə bəbir kişini parçalayaraq öldürüb.

"Report" xəbər verir ki, bu barədə "Moskva" agentliyi DİN-in Moskva vilayəti üzrə idarəsinə istinadən məlumat yayıb.

Hadisə "Obnovlennıy trud" kəndində baş verib. İlkin məlumatlara görə, bəbir ona yemək vermək üçün qəfəsə daxil olan özəl baxıcıya hücum edib.

Hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı yoxlama aparır.

Son xəbərlər

Orphus sistemi