​Rusiyada baş vermiş yanğın zamanı 9 nəfər ölüb

​Rusiyada baş vermiş yanğın zamanı 9 nəfər ölüb Həlak olanlardan 2-i uşaqlardır
Region
17 İyul , 2016 09:48
​Rusiyada baş vermiş yanğın zamanı 9 nəfər ölüb

Bakı. 17 iyul. REPORT. AZ/ Rusiyanın Yamal yarımadasında baş vermiş yanğın zamanı 9 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Lapıtnanqinin Kiyev mikrorayonunda yerləşən ikimərtəbəli yaşayış binasında qeydə alınıb.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 9-u həlak olub. Ölənlərdən 2-i uşaqlardır.

Xəsarət alımış bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Yanğın baş vermiş binadan 2-i uşaq olmaqla ümumilikdə 23 nəfər təxliyə edilib.

Faktla əlaqədar cinayət işi qaldırılıb. 

Son xəbərlər

Orphus sistemi