​Rusiyada yaşayış evində baş vermiş yanğın zamanı 5 nəfər ölüb

​Rusiyada yaşayış evində baş vermiş yanğın zamanı 5 nəfər ölüb Hadisə Kalevalsk rayonunun Oktyabrsk küçəsində qeydə alınıb
Region
13 Avqust , 2016 08:38
​Rusiyada yaşayış evində baş vermiş yanğın zamanı 5 nəfər ölüb

Bakı. 13 avqust. REPORT.AZ/ Rusiya Federasiyasının Kareliya Respublikasının Kalevalsk rayonunda yaşayış evində güclü yanğın baş verib.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, hadisə rayonun Oktyabrsk küçəsində qeydə alınıb.

Yanğın zamanı 3-ü uşaq olmaqla 5 nəfər ölüb.

Alovun söndürülməsinə bir neçə yanğınsöndürən və texnika cəlb olunub.

Son xəbərlər

Orphus sistemi