Rusiyada azərbaycanlının öldürdüyü dünya çempionunun qətli işi üzrə məhkəmə başlayıb

Rusiyada azərbaycanlının öldürdüyü dünya çempionunun qətli işi üzrə məhkəmə başlayıb Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa üzrə çempion Andrey Draçevin qətli işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.
Region
15 Yanvar , 2018 06:35
Rusiyada azərbaycanlının öldürdüyü dünya çempionunun qətli işi üzrə məhkəmə başlayıb

Bakı. 15 yanvar. REPORT.AZ/ Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa üzrə çempion Andrey Draçevin qətli işi üzrə ilkin məhkəmə dinləməsi başlayıb.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məhkəmənin nümayəndəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, məhkəmədə sonrakı prosesin baxılması tarixi müəyyən ediləcək.

"Məhkəmə iclası başlayıb. O, qapalıdır. İlkin dinləmələrdə, növbəti iclasın tarixinin təyinatından başqa, həmçinin ittiham və müdafiə tərəfinin xahişləri baxıla bilər", - deyə müsahib agentliyə deyib.

Daha əvvəl bildirilirdi ki, ötən ilin 20 avqustunda Xabarovskda Draçevlə müttəhim Anar Allahverənov arasında Xabarovskda kafedə dava olub. İstintaqın versiyasına görə, müttəhim əl və ayaqla zərərçəkmişin başına və bədəninə azı 21 zərbə endirib. Zərərçəkmiş aldığı zədələrdən yıxılaraq huşunu itirib. A. Allahverənov yerdə uzanmış idmançının başına daha beş zərbə endirib.

A. Draçev aldığı zərbələrdən xəstəxanada ölüb. İstintaq komitəsi qətllə bağlı cinayət işi qaldırıb. Qətldə ittiham edilən A. Allahverənov hadisədən 1 ay sonra istintaqa təslim olub.

Son xəbərlər

Orphus sistemi