Rusiyada azərbaycanlının ağır xəsarət aldığı kütləvi dava olub

Rusiyada azərbaycanlının ağır xəsarət aldığı kütləvi dava olub Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiyanın Vladivostok şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.
Region
7 Yanvar , 2018 10:48
Rusiyada azərbaycanlının ağır xəsarət aldığı kütləvi dava olub

Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiyanın Vladivostok şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Sneqovoy rayonu ərazisində baş verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı aralarında bir azərbaycanlının da olduğu 3 nəfər xəsarət alıb. Onlar tibbi yardım üçün xəstəxanaya müraciət ediblər. Xəsarət alanlar arasında azərbaycanlının yarasının ağır olduğu qeyd olunur. O, döş qəfəsindən və belindən xəsarət alıb. Yaralıların adları açıqlanmır.

Məlumata görə, dava zamanı travmatik silahdan istifadə edilib və atəş səsləri eşidilib.

Kütləvi dava barədə polisə sakinlər xəbər veriblər. Əraziyə polis və təcili yardım cəlb edilib.

Son xəbərlər

Orphus sistemi