Rusiyada akrobat sirkdə çıxış zamanı yüksəklikdən yerə yıxılıb - VİDEO

Rusiyada akrobat sirkdə çıxış zamanı yüksəklikdən yerə yıxılıb - VİDEO Hazırda o, reanimasiyadadır
Region
25 Fevral , 2018 04:20
Rusiyada akrobat sirkdə çıxış zamanı yüksəklikdən yerə yıxılıb - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ Rusiyanın Avropa hissəsində yerləşən Elista şəhərində Zapaşnı qardaşları sirkinin akrobatı səhnədə çıxış zamanı hündürlükdən yerə yıxılıb. Hazırda o, reanimasiyadadır.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Kalmıkiya Respublikası administrasiyasına istinadən TASS məlumat yayıb.

"Sirkdə bir hadisə baş verib: Zapaşnı qardaşları sirkinin çıxışı zamanı akrobat Anton Martynov yüksəklikdən yıxılıb və indi ona hər cür tibbi yardım göstərilir", - deyə rəhbərlik bildirib.

Onlar həmçinin qeyd ediblər ki, hadisənin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi