Yuxarı

​Rusiyada 871 ton qadağan olunmuş məhsul məhv edilib

Bu məhsulun 576 kq.-ı Rusiyaya əl yükündə gətirilib

Bakı. 16 Avqust. REPORT.AZ/ Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin mütəxəssisləri avqustun 6-dan ölkə ərazisinə gətirilməsi qadağan olunan 871 ton məhsulu məhv ediblər.

"Report" xəbər verir ki, bu barədə Federal Xidmətin mətbuat katibliyinin məlumatında bildirilir.

"İndiyədək 550 ton bitki mənşəli qida məhsulu götürülərək məhv edilib. Bundan əlavə, 321 ton heyvan mənşəli qida məhsulu müsadirə edilib", - deyə məlumatda bildirilir.

Mətbuat xidmətinin məlumatına görə, bu məhsulun 576 kq.-ı Rusiya ərazisinə əl yükündə keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi