Yuxarı

​Rusiyada 6.6 milyon adam banklara olan borclarına görə ölkədən çıxa bilmir

Banklara borcu olan insanlarının çoxu Sverdlovsk bölgəsində yaşayır

Bakı. 2 iyul. REPORT.AZ/ Rusiyada 10 min rubldan artıq banka borcu olan 6,6 mln. nəfərə borclarına görə, xaricə çıxma yasağı tətbiq olunub. 

“Report” xarici mediaya istinadən bildirir ki, Rusiyanın araşdırma şirkəti “Sequoia Credit Consolidation”un apardığı araşdırmaya görə, Rusiyada təxminən 8 mln. adamın banklara borcu var. Bunlardan 6,6 mln. adamın borc vəziyyətinin (banklara 10 min rubldan çox borcu olanlar) kritik olduğu bildirilib. Buna görə Rusiya əhalisinin 4,6%-i borca ölkədən xaricə çıxa bilmir.

Məlumatda qeyd olunub ki, banklara borcu olan insanlarının çoxu Sverdlovsk bölgəsində yaşayır. Belə ki, orda yaşayan 4 mln. 300 min nəfər, yəni hər 10 adamdan birinin banka borcu olduğu bildirilib. Ölkədə banklara ən az borcu olanların isə Çeçenistan vətəndaşlarıdır. Həmin borclar bank kreditlərindən, ictimai xidmət borclarından, vergidən, cəza və uşaq alimentlərindən ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi