Rusiyada 5 keçmiş polis əməkdaşı uzun müddətə azadlıqdan məhrum edilib

Rusiyada 5 keçmiş polis əməkdaşı uzun müddətə azadlıqdan məhrum edilib Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində 5 polis əməkdaşı rüşvət almaqda və 44 mənzili qarət etməkdə ittiham olunaraq həbs edilib.
Region
22 Noyabr , 2018 19:35
Rusiyada 5 keçmiş polis əməkdaşı uzun müddətə azadlıqdan məhrum edilib

Bakı. 22 noyabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərində 5 polis əməkdaşı rüşvət almaqda və 44 mənzili qarət etməkdə ittiham olunaraq həbs edilib.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Moskva prokurorluğu yayıb.

Bildirlib ki, Moskvanın Tuşin məhkəməsi Rusiya DİN-in Moskva üzrə Baş İdarəsinin 3 keçmiş müstəntiqi və iqtisadi cinayətkarlığa qarşı mübarizə bölməsinin 2 keçmiş əməliyyatçısı dələduzluq, qrup şəklində mütəşəkkil cinayəti törətəmək, gizli sursat saxlamaq, böyük həcmdə rüşvət almaq, cinayət işlərinin saxtalaşdırmaq kimi maddələrlə mühakimə olunublar. Keçmiş müstəntiqlərin hər biri 11 il, əməliyyatçılar isə 8 il 6 ay və 7 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi