Rusiyada 4,9 bal gücündə zəlzələ baş verib

Rusiyada 4,9 bal gücündə zəlzələ baş verib Dağıntı və tələfat olmayıb, sunami təhlükəsi elan edilməyib
Region
4 Oktyabr , 2016 08:00
Rusiyada 4,9 bal gücündə zəlzələ baş verib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Sakit okeanın Kamçatka sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.

"Report" "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Geofizika Xidmətinin Kamçatka filialından xəbər verilib.

Məlumata görə zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 129 kilometr şimal-şərqdə, 49 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat olmayıb, sunami təhlükəsi elan edilməyib. 

Son xəbərlər

Orphus sistemi