​Rusiyada 195 atom sualtı qayığı məhv edilib

​Rusiyada 195 atom sualtı qayığı məhv edilib 1999-cu ildə "Rosatom"a bu məqsədlə 120 atom sualtı qayığı verilib
Region
10 İyun , 2015 18:02
​Rusiyada 195 atom sualtı qayığı məhv edilib

Bakı. 10 iyun. REPORT.AZ/ Rusiya və keçmiş SSRİ-nin 201 atom sualtı qayığından 195-i utilizasiya edilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu "Rosatom"un baş direktoru Sergey Kiriyenko ölkənin Çelyabinsk şəhərində Rusiya atom sənayesinin 70 illiyinə həsr edilən forum-dialoqun açılışında bildirib.

Onun sözlərinə görə, 1999-cu ildə "Rosatom"a utilizasiya olunmaq üçün 120 atom sualtı qayığı verilib.

S.Kiriyenko deyib ki, ikisi qəza vəiyyətində olmaqla hazırda 195 qayıq məhv edilib: "Onların 20-si Uzaq Şərqdə, 120-si isə Murmansk vilayətində yerləşdirilmişdi. Utilizasiya olunan sonuncu qayıq 2013-cü ildə donanmanın heyətindən çıxarılıb. Məhvetmə prosesinə 2016-cı ildə yenidən başlayacağıq". 

Son xəbərlər

Orphus sistemi