Yuxarı

Rusiyada 19 terror aktının qarşısı alınıb

​Rusiyada 19 terror aktının qarşısı alınıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, 2018-ci il ərzində ölkənin xüsusi xidmət orqanları tərəfindən federasiya ərazisində 19 terror aktının qarşısını almaq mümkün olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, "telefon terrorçuluğu"nun ciddi təhlükə yaratdığını deyib.

Katibin sözlərinə görə, ilin əvvəlindən yalandan mina qoyulması barədə 2 mindən çox məlumat daxil olub, zənglərin əksəriyyəti ölkə xaricindən gəlib.

Patruşev həmçinin Rusiya üçün təhlükələr arasında Qərbin fəzadan sülh şəraitində istifadə etməyə dair razılaşmaları pozmasını və ABŞ RƏM sistemlərini genişləndirməsini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi