KİV: Ermənistan yeni AES tikməyə pul tapmır

KİV: Ermənistan yeni AES tikməyə pul tapmır Ermənistan yeni atom elektrik stansiyasının (AES) tikintisi üçün pul tapmır.
Region
18 İyul , 2019 12:49
KİV: Ermənistan yeni AES tikməyə pul tapmır

Ermənistan yeni atom elektrik stansiyasının (AES) tikintisi üçün pul tapmır. 

“Report”un məlumatına görə, bu barədə “Jamanak” qəzeti yazıb. 

Bildirilib ki, yeni AES-in tikintisi üçün 4-5 milyard dollar maliyyə vəsaiti lazımdır, Rusiya tərəfi bir neçə dəfə bu məbləği verə bilməyəcəyini açıqlayıb: “Yeni stansiyanın tikintisi üçün Ermənistanın maliyyə vəsaiti yoxdur, Rusiya isə ona kredit verə bilmir”.

Məlumata görə, yeni stansiyanın tikintisi barədə hələ 2008-ci ildə keçmiş prezident Serj Sarqsyan ölkə parlamentinə müraciətində bəhs etmişdi.

Qəzet Ermənistan hökumətinin planlarından da yazıb: “Kosmik miqyaslı planlar var, ancaq onları həyata keçirmək üçün pul yoxdur”.

Son xəbərlər

Orphus sistemi