Yuxarı
    Bağlamaq

    ​Rusiya yanvarın 1-dən Türkiyədən kənd təsərrüfatı və ərzaq məhsulları gətirilməsinə qadağa qoyub

    Qadağan olunmuş məhsulların siyahısı Rusiya hökuməti tərəfindən təsdiq edilib

    Bakı. 1 yanvar. REPORT.AZ/ Rusiyada yanvarın 1-dən Türkiyədən bəzi kənd təsərrüfatı və ərzaq məhsullarının gətirilməsinə qoyulan qadağa qüvvəyə minib.

    "Report" xəbər verir ki, Rusiya hökuməti tərəfindən təsdiq edilmiş siyahıya görə, quş əti, baş soğan, tomat, gül kələmi və brokkoli, xiyar və kornişon, portağal, naringi, klementin, vilkinq və analoji sitrus hibridləri qadağan edilib.

    Həmçinin üzüm, alma, armud, ərik, şaftalı və nektarin, gavalı, göyəm, çiyələk və s. məhsullar da qadağa altına düşüb. Siyahıya təzə qərənfil də daxildir.

    Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçevin əvvəllər bildirdiyinə görə, ölkəsi Türkiyənin bitkiçilik məhsullarını Azərbaycan, İran, Özbəkistan, Mərakeş və CAR-ın məhsulları ilə əvəz edə bilər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi