Rusiya xüsusi təyinatlıları Moskva və Sankt-Peterburqda terror aktları planlaşdıran İŞİD üzvlərini zərərsizləşdirib

Rusiya xüsusi təyinatlıları Moskva və Sankt-Peterburqda terror aktları planlaşdıran İŞİD üzvlərini zərərsizləşdirib Axtarış zamanı saxlanılan şəxslərə məxsus partlayıcı qurğuların istehsalı üçün laboratoriya aşkarlanıb
Region
8 Fevral , 2016 14:39
Rusiya xüsusi təyinatlıları Moskva və Sankt-Peterburqda terror aktları planlaşdıran İŞİD üzvlərini zərərsizləşdirib

Bakı. 8 fevral. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburq şəhərində Moskva, Sankt-Peterburq və Sverdlovsk vilayətində terror aktları planlaşdıran yeddi İŞİD üzvünü zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə TASS-a FTX-nin mətbuat xidmətindən məlumat verilib.

FTX-nin məlumatına görə, qruplaşmaya Türkiyə ərazisindən gəlmiş İŞİD üzvü rəhbərlik edib.

Yayılan informasiyaya əsasən, saxlanılan şəxslərin yaşayış ünvanlarında aparılan axtarış zamanı onlara məxsus əldəqayırma partlayıcı qurğuların (ƏPQ) istehsalı üçün laboratoriya, partlayıcı maddələr, elektrodetonatorlar, odlu silahlar, qumbaralar, ƏPQ komponentləri, ekstremist yönümlü ədəbiyyat aşkarlanıb.

Saxlanılan şəxslərə qarşı 205 (terror aktı), 222 (qeyri-qanuni silah dövriyyəsi) və 222.1-ci (partlayıcı maddələrin qanunsuz saxlanması) maddələr üzrə cinayət işi açılıb.

Saxlanılanların cinayət əlaqələrinin aşkarlanması üzrə əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi