Rusiya XİN: Türkiyənin hərəkəti düzgün istiqamətdə atılmış ciddi addımdır

Rusiya XİN: Türkiyənin hərəkəti düzgün istiqamətdə atılmış ciddi addımdır Mariya Zaxarova: "Türkiyə tərəfinin bu addımları nəzərə alınacaq"
Region
28 İyun , 2016 15:32
Rusiya XİN: Türkiyənin hərəkəti düzgün istiqamətdə atılmış ciddi addımdır

Bakı. 28 iyun. REPORT.AZ/ "Türkiyə tərəfdən müəyyən addımlar atılır, hərəkətlər hiss olunur. Bu, düzgün istiqamətdə atılmış ciddi addımlardır".

"Report" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə Türkiyə-Suriya sərhədində Rusiya qırıcı təyyarəsinin vurulması ilə əlaqədar göndərdiyi məktub barədə danışarkən deyib.

Onun sözlərinə görə, Türkiyə tərəfinin bu addımları nəzərə alınacaq.

Son xəbərlər

Orphus sistemi