​Rusiya XİN: Türkiyə əhalini hərbçilərin Suriyada fəallaşdırılmasına hazırlayır

​Rusiya XİN: Türkiyə əhalini hərbçilərin Suriyada fəallaşdırılmasına hazırlayır "Ona görə Türkiyə Rusiya əleyhinə informasiya kampaniyası aparır"
Region
5 Fevral , 2016 21:48
​Rusiya XİN: Türkiyə əhalini hərbçilərin Suriyada fəallaşdırılmasına hazırlayır

Bakı. 5 fevral. REPORT.AZ/ Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyə tərəfindən aparılan anti-Rusiya kampaniyasının məqsədini izah edib. Bu, əhalinin hərbçilərin Suriyada fəallaşdırılmasına hazırlanması ilə bağlı ola bilər.

"Report" "Rusnovosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin məlumatında bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvanın Ankaranın Suriyaya daxil olmağa hazırlanması ilə bağlı bəyanatını "gülünc" adlandırıb. Türkiyənin baş naziri Əhməd Davudoğlunun fikrincə isə, rəsmi Moskva bu yolla diqqəti özünün ərəb ölkəsindəki fəaliyyətindən yayındırmağa çalışır.

Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib ki, Türkiyə-Suriya sərhədindəki hərəkətlər Suriyaya hərbi müdaxiləyə intensiv hazırlıqdan xəbər verir.

Son xəbərlər

Orphus sistemi