Bakı. 6 aprel. REPORT.AZ/ "İrana Rusiya istehsalı olan "S-400" zenit raket quruğusunun satılması istiqamətində Moskva ilə Tehran arasında danışıqlar aparılmır".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya XİN-in İkinci Asiya İdarəsinin direktoru Zamir Kabulov bildirib.
Qeyd edək ki, bir müddət öncə Z.Kabulov yaxın günlərdə Moskvanın Tehrana "S-300" zenit-raket qurğusunu tədarük edəcəyini də demişdi. O, İranın "S-400" kompleksinə də maraq göstərdiyini vurğulamışdı.