Yuxarı

​Rusiya XİN rəsmisi: İŞİD sıralarındakı 160 rusiyalı öldürülüb

Hazırda İŞİD qruplaşması sıralarında Avropa, MDB ölkələrindən olan 25 mindən çox terrorçu-döyüşçü var

Bakı. 19 noyabr. REPORT.AZ/ Suriyada terrorçu İŞİD qruplaşmasının sıralarında döyüşən Rusiyanın 160 vətəndaşı öldürülüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin terrorçuluğa qarşı fəaliyyət üzrə müavini Oleq Sıromolotov bildirib.

"Hazırda İŞİD qruplaşmasının sıralarında Avropa, MDB ölkələrindən olan 25 mindən çox terrorçu-döyüşçü var. 2 719 Rusiya vətəndaşı Suriyaya gedib. Onlardan 160-ı zərərsizləşdirilib, 73-ü geri dönərək, mühakimə olunub, daha 36-sı həbsdədir", - nazir müavini vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi