Rusiya XİN: Putinin aprelin 24-də İrəvana səfəri Türkiyə ilə münasibətlərə xələl gətirməyəcək

Rusiya XİN: Putinin aprelin 24-də İrəvana səfəri Türkiyə ilə münasibətlərə xələl gətirməyəcək "Ümid edirəm ki, Rusiya prezidentinin İrəvandakı tədbirlərdə iştirakı Türkiyə də daxil olmaqla, bütün ölkələrdə düzgün qəbul ediləcək"
Region
22 Aprel , 2015 13:18
Rusiya XİN: Putinin aprelin 24-də İrəvana səfəri Türkiyə ilə münasibətlərə xələl gətirməyəcək

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putinin aprelin 24-də İrəvana səfəri Türkiyə ilə münasibətlərə xələl gətirməyəcək. "Report"  xəbər verir ki, bu barədə stats-katib, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İnterfaks" agentliyinə müsahibəsində bildirib. 

"Ümid edirəm ki, Rusiya prezidentinin İrəvanda keçiriləcək və soyqırımın 100 illiyinə həsr olunan tədbirlərdə iştirakı Türkiyə də daxil olmaqla, bütün ölkələrdə düzgün qəbul ediləcək. Bu tarixin bir parçasıdır, Rusiyada böyük erməni icması yaşayır, tarixə hörmət etmək və ondan dərs almaq lazımdır. Bütün qonşularımızla ikitərəfli siyasi münasibətlərə gəldikdə, onlar hamıya yaxşı bəllidir. Düşünürəm ki, bu addımımız münasibətlərə xələl gətirməyəcək, əksinə, onu nümayiş etdirəcək ki, biz qeyd olunan bütün tarixi günlərə balanslaşdırılmış şəkildə diqqətlə yanaşırıq", - nazir müavini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi