Rusiya XİN-in əməkdaşı iki nəfəri güllələyəndən sonra intihar edib

Rusiya XİN-in əməkdaşı iki nəfəri güllələyəndən sonra intihar edib XİN: Hüquq-mühafizə orqanları baş verən hadisənin təfərrüatlarını araşdırır
Region
15 May , 2017 13:28
Rusiya XİN-in əməkdaşı iki nəfəri güllələyəndən sonra intihar edib

Bakı. 15 may. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı tanıdığı qadını və onun qızını tüfəngdən güllələyəndən sonra özü intihar edib. "Report" "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə Moskvanın cənub-qərbində Lenin prospektində yerləşən yaşayış binasında baş verib. 

"Biz XİN əməkdaşı ilə bağlı faciədən xəbərdarıq. Hüquq-mühafizə orqanları baş verən hadisənin təfərrüatlarını araşdırır”, – XİN-in informasiya və mətbuat departamentindən bildirilib.

Eyni zamanda Nazirlik hadisənin detalları barədə məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi