Rusiya XİN: Moskva terrorla mübarizə məsələsində Türkiyə ilə dialoqu inkişaf etdirəcək

Rusiya XİN: Moskva terrorla mübarizə məsələsində Türkiyə ilə dialoqu inkişaf etdirəcək "Əlbəttə ki, əvvəlcə dialoqu bərpa edəcək, sonra isə inkişaf etdirib, dərinləşdirəcəyik"
Region
2 Sentyabr , 2016 11:22
Rusiya XİN: Moskva terrorla mübarizə məsələsində Türkiyə ilə dialoqu inkişaf etdirəcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ Rusiya terrorla mübarizə məsələsində Türkiyə ilə dialoqu bərpa edib inkişaf etdirəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yeni çağırışlar və təhlükələr departamentinin rəhbəri İlya Roqaçev bildirib.

"Siyasi qərarlar qəbul edilib. Biz də əlbəttə ki, əvvəlcə terrorla mübarizə məsələsində Türkiyə ilə dialoqu bərpa edəcək, sonra isə inkişaf etdirib, dərinləşdirəcəyik. Bu məsələdə onlara çoxlu sualımız olduğundan dialoq da çox vacibdir", - deyə rusiyalı diplomat bildirib.

Onun sözlərinə görə, bu səbəbdən də hətta lazım gələrsə, diplomatik kanallar vasitəsilə danışmaq, dialoq aparmaq zəruridir.

"Yaxın gələcəkdə dialoqun bərpa ediləcəyinə dair müəyyən gözləntilərimiz var. Ən qısa zamanda bu dialoqu bərpa etməyə çalışacağıq. Ümidvarıq ki, Türkiyə tərəfi də bu məsələyə müvafiq qaydada yanaşacaq", - deyə İ.Roqaçev vurğulayıb.

Son xəbərlər

Orphus sistemi