Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub, 1-i ölüb

Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub, 1-i ölüb Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı koronavirusa yoluxub.
Region
29 İyun , 2020 12:39
Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub, 1-i ölüb
Rusiyanın Xarici İşlər Nazirliyi / Report

Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində bildirib.

“Həmin əməkdaşlarımızın əksəriyyəti xəstəliyi yüngül formada keçirir. Bir əməkdaşımız isə koronavirusdan ölüb. Onun 62 yaşı var idi. Xanımı tibb işçisi idi. Təcili Tibbi Yardım Xidmətində işləyirdi. Görünür, xanımı virusun simptomsuz daşıyıcısı olub”, - S.Lavrov əlavə edib.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 641 156, qurbanların sayı 9 166 nəfərə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi