Yuxarı

Rusiya XİN başçısının böyük mətbuat konfransının tarixi açıqlanıb

Tədbir rus, ingilis və fransız dillərində “Periscope”, “Facebook” və “Vkontakte” sosial şəbəkələrində də yayımlanacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov yanvarın 17-də Moskvada ötən ilin yekununa həsr edilən böyük ənənəvi mətbuat kofransı keçirəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Xəbərdə bildirilib ki, tədbir Bakı vaxtı ilə saat 11:30-da Rusiya XİN-in Mətbuat Mərkəzində keçiriləcək.

Mətbuat konfransı rus, ingilis və fransız dillərində “Periscope”, “Facebook” və “Vkontakte” sosial şəbəkələrində də birbaşa yayımlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi