Rusiya XİN: ABŞ seçkilər zamanı sabitliyi pozmağa çalışıb

Rusiya XİN: ABŞ seçkilər zamanı sabitliyi pozmağa çalışıb Andrey Nesterenko: "Bu, müşahidələrimizin, nazirlikdən alınan məlumatların təhlilinin nəticəsidir"
Region
3 Aprel , 2018 16:50
Rusiya XİN: ABŞ seçkilər zamanı sabitliyi pozmağa çalışıb

Bakı. 3 aprel. REPORT.AZ/ "ABŞ və müttəfiqləri Rusiyada keçirilən prezident seçkilərindən əvvəl və seçkilər vaxtı sabitliyi pozmağa çalışıblar".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi məsələlər üzrə səfiri Andrey Nesterenko Federasiya Şurasında keçirilən dəyirmi masada bildirib.

"Bu, müşahidələrimizin, nazirlikdən alınan məlumatların təhlilinin nəticəsidir. Görünür, ABŞ və müttəfiqləri hər vəchlə seçkilərdən əvvəl və onun gedişində ölkəmizdə sabitliyi pozmaq üçün səylər göstəriblər", - A.Nesterenko deyib.

Xatırladaq ki, Rusiyada prezident seçkiləri martın 18-də keçirilib. Seçkilərdə hazırkı prezident Vladimir Putin qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi