​Rusiya Xəzərdə hərbi təlim keçirib

​Rusiya Xəzərdə hərbi təlim keçirib Tədbirdə Cənub Həbi Dairənin iki "Su-24" və iki "Su-25" qırıcısı da iştirak edib
Region
3 Fevral , 2015 11:30
​Rusiya Xəzərdə hərbi təlim keçirib

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya Cənubi Hərbi dairəsinin Xəzər Donanması şərti düşmənin hava hücumlarının dəf olunması təlimini keçib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, məlumatı hərbi dairənin mətbuat xidməti yayıb.

Hərbi təlimdə "Dağıstan" raketli gəmisinin heyəti, kiçik raket və artilleriya gəmiləri "Qrad Sviyajsk", "Uqliç", "Volqodonsk", "Astarxan", "Maxaçqala" və donanmanın daha 10 gəmisi eləcə də, Cənub Həbi Dairənin iki "Su-24" və iki "Su-25" qırıcısı da iştirak edib. 

Son xəbərlər

Orphus sistemi