​Rusiya Xəzərdə hərbi təlimlər keçirib

​Rusiya Xəzərdə hərbi təlimlər keçirib Təlimdə 20-yə yaxın gəmi, kater və 4 döyüş təyyarəsi iştirak edib
Region
16 İyun , 2016 12:44
​Rusiya Xəzərdə hərbi təlimlər keçirib

Bakı. 16 iyun. REPORT.AZ/ Rusiyanın Xəzər Hərbi Donanmasının Həştərxan və Mahaçqaladakı bazalarında aviasiya tağımları və növbətçi idarəetmə mərkəzinin təlimləri keçirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

İnformasiyaya əsasən, təlimdə 20-yə yaxın gəmi, kater, o cümlədən "Tatarıstan" və "Dağıstan" raket gəmiləri, "Qrad Sviyajsk", "Uqliç", "Volqodonsk", "Maxaçkala", "Astarxan" kiçik raket və artilleriya gəmiləri, eləcə də iki "Su-24" və iki "Su-25" təyyarələri iştirak edib. 

Son xəbərlər

Orphus sistemi