​Rusiya Xəzər Donanmasının əlahiddə dəniz piyadaları təlim keçir

​Rusiya Xəzər Donanmasının əlahiddə dəniz piyadaları təlim keçir Dəniz piyadalarının tədbiri 3 sutka sürəcək
Region
15 İyul , 2015 19:48
​Rusiya Xəzər Donanmasının əlahiddə dəniz piyadaları təlim keçir

Bakı. 15 iyul. REPORT.AZ/ Rusiyanın Həştərxanda yerləşən Xəzər Donanmasının əlahiddə dəniz piyadaları batalyonu həyəcan siqnalı ilə hərbi döyüş hazırlığı vəziyyətinə gətiriliblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Bu tədbirin keçirilməsində məqsəd dəniz piyadalarının döyüşə hazırlıq vəziyyətini yoxlamaqdır.

Məlumata görə, batalyon Həştərxandakı poliqonda desantlara qarşı müdafiənin bütün növlərinin tapşırıqlarını yerinə yetirəcəklər.

Dəniz piyadalarının təlimi 3 sutka sürəcək.  

Son xəbərlər

Orphus sistemi