Yuxarı

Rusiya xarici daşıyıcılar üçün ölkədən keçmək haqqını iki dəfə artırıb

Bu barədə Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilmiş qərarda deyilir

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiya hökuməti xarici daşıyıcılar üçün ölkə ərazisindən keçmək haqqını iki dəfə artırıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin saytında yerləşdirilmiş qərarda deyilir.

Yeni qərara əsasən Rusiya ərazisindən sutkalıq istifadə edən xarici daşıyıcılar 350 yox, 850 rubl ödəyəcək. Birdəfəlik illik ödəniş məbləği isə 60 min rubldan 120 min rubla qədər qaldırılıb.

"Bu, federal yol fondunun gəlirlərini artıracaq", - Nazirlər Kabinetinin saytında yerləşdirilmiş qərarda deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi