Rusiya Xəzəryanı ölkələrə birgə təlimlər keçirməyi təklif edib

Rusiya Xəzəryanı ölkələrə birgə təlimlər keçirməyi təklif edib Moskva fövqəladə reaksiya xidmətlərinin irimiqyaslı təlimlərinin keçirilməsini istəyir
Region
29 Sentyabr , 2014 16:50
Rusiya Xəzəryanı ölkələrə birgə təlimlər keçirməyi təklif edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rəsmi Moskva Xəzəryanı ölkələrə 2016-cı ildə fövqəladə reaksiya xidmətlərinin irimiqyaslı təlimlərini keçirməyi təklif edib. "Report" RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Həştərxanda keçirilən Xəzəryanı dövlətlərin IV sammitində geniş tərkibli iclas zamanı bildirib. 

"İlk addım olaraq 2016-cı ildə fövqəladə reaksiya xidmətlərinin tam miqyaslı beştərəfli təlimlərini təşkil etməyi təklif edirəm. Bu təlimlər xəbərdarlıq prosedurlarını, xilasedici bölmələrin koordinasiyasını təcrübədə tədqiq etməyə imkan verəcək" - deyə, V.Putin qeyd edib. 

Son xəbərlər

Orphus sistemi