Yuxarı

Rusiya vizasız ölkələrin miqrantları üçün yenilik edə bilər

Ədalətli Rusiya fraksiyası miqrantların məcburi şəkildə daktiloskopiyadan keçməsini təklif edir

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün "Ədalətli Rusiya" fraksiyası baxılması üçün Dövlət Dumasına qanun layihəsi təqdim edəcək. Layihəyə görə, vizasız ölkələrdən Rusiyaya gələn əcnəbilər məcburi şəkildə daktiloskopiyadan keçməlidir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə fraksiya rəhbərinin birinci müavini Mixail Yemelyanov jurnalistlərə açıqlamasında bildirib.

Bu cür addımların, o cümlədən terrorizmlə mübarizədə yardımçı olacağını bildirən müavin deyib: "Bu qanun layihəsi ölkəmizə vizasız gəlməyə icazə olan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub. Bu cür fiziki şəxslər Rusiya Federasiyasına ayaq basan kimi məcburi şəkildə daktiloskopiyadan keçməlidir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi