Rusiya vətəndaşı sosial şəbəkədə İŞİD-i dəstəklədiyi üçün 5 il azadlıqdan məhrum edilib

Rusiya vətəndaşı sosial şəbəkədə İŞİD-i dəstəklədiyi üçün 5 il azadlıqdan məhrum edilib Bakı. 14 avqust. REPORT.AZ/ Moskva Dairə Hərbi Məhkəməsi Oryol şəhər sakinini Vkontakte sosial şəbəkəsində terrorçuluğa haqq qazandırdığına görə, 5 il azadlıqdan məhrum edib.
Region
14 Avqust , 2018 02:58
Rusiya vətəndaşı sosial şəbəkədə İŞİD-i dəstəklədiyi üçün 5 il azadlıqdan məhrum edilib

Bakı. 14 avqust. REPORT.AZ/ Moskva Dairə Hərbi Məhkəməsi Oryol şəhər sakinini "Vkontakte" sosial şəbəkəsində terrorçuluğa haqq qazandırdığına görə, 5 il azadlıqdan məhrum edib.

"Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan ("İnternet" şəbəkəsindən istifadə etməklə terrorçuluğa aşkar haqq qazandırmaq) cinayəti törətməkdə müqəssir bilinib", - deyə Orlovski vilayət prokurorluğunun məlumatında bildirilir.

İdarənin məlumatına görə, gənc oğlan sosial şəbəkədəki qruplardan birinin səhifəsinə İŞİD terror təşkilatına bəraət qazandıran mətn yerləşdirib.

Məhkum cəzasını ümumi rejimli islah müəssisəsində çəkəcək.

Həmçinin məhkəmənin qərarı ilə Oryol şəhər sakininə yaxın üç il ərzində internet saytlarını idarə etmək qadağan olunub.

Son xəbərlər

Orphus sistemi