Yuxarı

​Rusiya və Ukrayna arasında hava əlaqəsinə tam olaraq son qoyulub

Müvafiq qərar oktyabrın 25-dən etibarən qüvvəyə minib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Qarşılıqlı sanksiyaların tətbiqindən sonra Rusiya və Ukrayna arasında hava rabitəsi 25 oktyabr 2015-ci il tarixindən etibarən tam olaraq kəsilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, cari ilin sentyabrında Ukrayna hakimiyyəti Rusiya aviaşirkətlərinin Krıma uçuşlar təşkil etməklə Ukrayna qanunvericiliyini pozduğunu bəyan edib.

Ukrayna hakimiyyəti prezident Pyotr Poroşenkonun fərmanı əsasında 25 oktyabr 2015-ci il tarixindən etibarən 25 Rusiya aviaşirkətinin Ukraynaya uçuşlar təşkil etməsinə qadağanın qoyulması barədə qərar qəbul edib. Buna cavab olaraq Rusiya tərəfi mütənasib tədbirlər görüb və həmin tarixdən etibarən Ukrayna aviaşirkətlərinin Ukraynaya uçuşlarına qadağa tətbiq edib.

Oktyabrın 23-də Brüsseldə Rusiya və Ukrayna nümayəndə heyətlərinin hava rabitəsinin problemli məsələləri ilə bağlı danışıqlar aparılıb. Lakin tərəflər heç bir razılığa gələ bilməyiblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi