Rusiya və Türkmənistan prezidentləri Xəzərin problemlərini müzakirə ediblər

Rusiya və Türkmənistan prezidentləri Xəzərin problemlərini müzakirə ediblər Müzakirə telefon söhbəti zamanı baş tutub
Region
12 Mart , 2018 22:31
Rusiya və Türkmənistan prezidentləri Xəzərin problemlərini müzakirə ediblər

Bakı. 12 mart. REPORT.AZ/ Rusiya və Türkmənistan prezidentləri Vladimir Putin və Qurbanqulı Berdıməhəmmədov Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Müzakirələr bazar ertəsi iki dövlət başçısı arasında baş tutan telefon söhbəti zamanı aparılıb. Telefon danışığı Türkmənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Söhbət zamanı həmçinin ikitərəfli münasibətlərə də toxunulub.

Son xəbərlər

Orphus sistemi