Yuxarı

​Rusiya və Türkiyə XİN rəhbərinin müavinləri Moskvada görüşüb

Görüş dörd saatdan çox davam edib

Bakı. 8 avqust. REPORT.AZ/ Rusiya XİN başçısının müavini Mixail Boqdanov Türkiyəli həmkarı Ümit Yalçınla Yaxın Şərq və Suriya məsələlərinə dair danışıqlar aparıb.

"Report"un RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Rusiya XİN-nin Qəbul Evində keçirilən görüş dörd saatdan çox davam edib.

Ümumiyyətlə, 2015-ci ilin noyabrından bu formatda məsləhətləşmələr ilk dəfədir keçirilir. "Su-24" təyyarəsi vurulduqdan sonra Moskva ilə Ankara arasında münasibətlər dondurulmuşdu. Bundan əvvəl isə Rusuya və Türkiyə XİN başçılarının müavinləri müntəzəm olaraq görüşüb.

XİN rəsmilərinin görüşü avqustun 9-da Sankt-Peterburqda keçiriləcək Rusiya və Türkiyə liderlərinin sammitinə hazırlıq çərçivəsində baş tutub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi