Taner Yıldız: "Rusiya və Türkiyə strateji layihələri inkişaf etdirən qonşu dövlətlərdir"

Taner Yıldız: "Rusiya və Türkiyə strateji layihələri inkişaf etdirən qonşu dövlətlərdir" "İki ölkə arasında xarici ticarət dövriyyəsi 33 milyard dollar səviyyəsindədir"
Region
20 Dekabr , 2014 15:56
Taner Yıldız: Rusiya və Türkiyə strateji layihələri inkişaf etdirən qonşu dövlətlərdir
Bakı. 20 dekabr. REPORT.AZ/ Türkiyə Rusiya, Rusiya da Türkiyə üçün mühüm ölkədir. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin təbii ehtiyatlar və energetika naziri Taner Yıldız jurnalistlərə açıqlamasında bildirib. 

"Təxminən iki həftə əvvəl Vladimir Putinin Türkiyəyə səfərində hər iki ölkənin lideri bəzi məsələləri gözdən keçirdi. Xüsusilə Trakya bölgəsindəki layihənin hüquqi əsası olmasa da, onun gələcəyin layihəsi olacağını deyə bilərik. Bu məsələ ilə bağlı BOTAŞ və "Qazprom" birlikdə işləyəcək. Bu istiqamətdə fəaliyyətdən sonra məsələni ictimaiyyətlə bölüşəcəyik", - nazir deyib.

T.Yıldız vurğulayıb ki, "Cənub axını" keçmişdə qaldı və bu layihənin dayandırıldığını Rusiya prezidenti Türkiyədə bəyan etdi: "Biz onun tərəfdarı deyilik. Avropa Birliyi ilə Rusiya arasında olan "Cənub axını" ortaqlarının quruma üzv ölkələr tərəfindən yaradıldığı layihəsini nəzərdə tuturuq. Ona görə də Türkiyə bildirib ki, bu istiqamətdə qarşısına yeni layihə çıxarsa, onu dəyərləndirəcək. Bununla bağlı fəaliyyətə başlamışıq. Rusiya və Türkiyə strateji layihələri inkişaf etdirən qonşu dövlətlərdir".

Nazir qeyd edib ki, iki ölkə arasında xarici ticarət dövriyyəsi 33 milyard dollar səviyyəsindədir.

Son xəbərlər

Orphus sistemi