Yuxarı
    Bağlamaq

    Rusiya və Türkiyə prezidentləri telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər

    Liderlər Suriyadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıb

    Bakı. 26 avqust. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

    "Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçıları telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

    "Türkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Liderlər Suriyadakı vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Terrorla mübarizə istiqamətində birgə səylərin vacibliyi qeyd edilib", - məlumatda deyilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi