Rusiya və Türkiyə prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər Müzakirələr telefon söhbəti zamanı baş tutub
Region
21 Oktyabr , 2017 01:52
Rusiya və Türkiyə prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Bakı. 21 oktyabr. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriyadakı vəziyyəti müzakirə ediblər.

“Report” xəbər verir ki, iki ölkə lideri arasında müzakirələr telefon söhbəti zamanı baş tutub.

Tərəflər müxtəlif istiqamətlər üzrə Rusiya-Türkiyə münasibətlərinin hazırkı inkişaf səviyyəsindən razılıqlarını bildiriblər.

"Suriya problemi üzrə ətraflı fikir mübadiləsi zamanı Astana prosesi çərçivəsində görülən birgə iş müsbət qiymətləndirilib", - deyə məlumatda qeyd oluunub.

Prezidentlər 2017-ci ilin oktyabr ayının sonlarında Astanada Suriya ilə bağlı növbəti görüşün keçirilməsi perspektivlərini müzakirə ediblər. Dövlət başçıları həmçinin Suriyada vəziyyətin nizamlanması üzrə gələcək səylərin əlaqələndirilməsi məsələlərinə toxunublar.

Son xəbərlər

Orphus sistemi