Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub Tərəflər yaxın gələcəkdə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi barədə razılığa gəlibLƏR
Region
12 Yanvar , 2017 16:24
Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Bakı. 12 yanvar. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları rəsmi Dəməşq və müxalifət arasında razılaşmalara riayət olunduğunu bildiriblər.

"Rusiya və Türkiyənin vasitəçiliyi ilə Suriya hökuməti və mülayim müxalifət arasında hərbi fəaliyyətin dayandırılmasına dair əldə edilmiş razılaşmalara riayət edilir. Astanada Suriya üzrə danışıqların aparılmasına birgə səylərin göstərilməsinə dair razılıq əldə olunub", - rəsmi müraciətdə vurğulanıb.

Telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Tərəflər həmçinin ikitərəfli problemləri, o cümlədən hərtərəfli şəkildə iqtisadi-ticarət əlaqələrinin bərpası məsələlərini müzakirə edib, eləcə də yaxın gələcəkdə dövlət başçılarının rəhbərliyi ilə Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının keçirilməsi barədə razılığa gəliblər.

Son xəbərlər

Orphus sistemi