Yuxarı

Rusiya və Türkiyə Baş Qərargah rəisləri Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiya və Türkiyə Baş Qərargah rəisləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Görüşdə Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan da iştirak edib

Bakı. 18 yanvar. REPORT.AZ/ Moskvada Rusiya və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri arasında görüş keçirilib. 

"Report" TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Məlumata görə, Valeri Gerasimov və Hülusi Akar Suriyadakı vəziyyəti və iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini müzakirə ediblər.   

Görüşdə həmçinin Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan da iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi