Yuxarı

Rusiya və Türkiyə arasında çarter hava əlaqəsi bərpa olunur

İlk reysi Rusiyanın Royal Flight aviaşirkəti həyata keçirəcək

Bakı. 02 sentyabr. REPORT.AZ/ Rusiya və Türkiyə arasında çarter hava əlaqəsi təqribən 1 illik fasilədən sonra bərpa olunur.

"Report" xəbər verir ki, ilk çarter reysini Rusiyanın "Royal Flight" aviaşirkəti həyata keçirəcək.

Göyərtəsində təqribən 300 nəfər turistin olacağı gözlənilən "Boeing 767" təyyarəsi "RL7701" saylı reys ilə 17:20-də (Bakı vaxtı ilə) "Şeremetyova" hava limanından Antalyaya yola düşməlidir. Hazırda Türkiyəyə çarter reyslərinə Rusiyanın "Royal Flight", "Azur Air", "Nord Wind" və "IFLy" aviaşirkətləri maraq göstərir. Onlar Rusiyanın Federal Mülki Aviasiya Agentliyindən reyslərin həyata keçirilməsi üçün icazə alıblar.

Öz növbəsində Türkiyənin aviasiya rəhbərliyi Rusiyaya çarter reysləri həyata keçirmək üçün 60-dan çox türk şirkətinə icazə verib. Onlar qeyd ediblər ki, icazə hər hansı bir məhdudiyyətsiz - tələbata görə verilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi