Yuxarı
    Bağlamaq

    Rusiya və Səudiyyə Ərəbistanı 3,5 milyard dollar dəyərində silah tədarükü sazişi imzalayıb

    Sergey Çemezov: Beş il əvvəl Səudiyyə Ərəbistanı ilə 20 milyard dollarlıq saziş imzalanmışdı, amma məsələ niyyətdən o yana keçmədi© КоммерсантЪ

    Bakı. 10 iyul. REPORT.AZ/ Rusiya və Səudiyyə Ərəbistanı hərbi-texniki əməkdaşlıq sahəsində 3,5 milyard dollar məbləğində ilkin saziş imzalayıb.

    "Report" xəbər verir ki, bu barədə TASS-a müsahibəsində "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.

    Onun sözlərinə görə, səudiyyəlilər rusların qarşısına şərt qoyub: "Sazişin qüvvəyə minməsi üçün texnologiyaların bir hissəsini onlara ötürməli və krallığın ərazisində istehsal təşkil etməliyik".

    S.Çemezov xatırladıb ki, beş il əvvəl Səudiyyə Ərəbistanı ilə 20 milyard dollarlıq saziş imzalanıb, amma məsələ niyyətdən o yana keçməyib:

    "O zaman Ər-Riyad bir qəpiklik də alış etmədi. Açıq danışsaq, bizimlə oynadılar. Qarşımıza şərt qoymuşdular ki S-300 HHM sistemini İrana satmayın, sizin silahları, tanklarını, texnikanızı alaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi