Rusiya və İran birgə hərbi təlim keçirəcək

Rusiya və İran birgə hərbi təlim keçirəcək İranla Rusiya İslam Respublikasının daxili sularında birgə hərbi dəniz təlimi keçirmək haqqında razılığa gəlib.
Region
29 Aprel , 2019 12:32
Rusiya və İran birgə hərbi təlim keçirəcək

İranla Rusiya İslam Respublikasının daxili sularında birgə hərbi dəniz təlimi keçirmək haqqında razılığa gəlib.

“Report” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Donanmasının komandanı Hüseyn Xanzadə bildirib.

“Rusiya Hərbi Dəniz Donanması ilə aparılan danışıqlara əsasən, bu il onların donanması İranın cənub rayonlarına göndəriləcək”, - o vurğulayıb.

H.Xanzadə deyib ki, Rusiya və İranın Hərbi Dəniz Qüvvələri əməliyyat, təhsil və texniki sahələrdə əməkdaşlığa dair razılıq əldə edib. 

Son xəbərlər

Orphus sistemi