Yuxarı

Rusiya və İran fövqəladə hallar ilə mübarizə üçün vahid mərkəz yaratmağı planlaşdırır

Fövqəladə hallar ilə mübarizə üzrə vahid mərkəz beş Xəzəryanı ölkələr çərçivəsində yaradıla bilər

Bakı. 9 dekabr. REOPORT.AZ/ Rusiya FHN və İran DİN Xəzəryanı ölkələrin analoji strukturlarına regionda  fövqəladə hallar ilə birgə iş üçün vahid dövlətlərarası idarə və koordinasiya mərkəzini yaratmağı təklif edəcəklər. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu qərarı Rusiya FHN rəhbəri Vladimir Puçkov və İran DİN rəhbəri Əbdürrza Rəhmani-Fəzli dekabr ayının 8-də Moskvada işçi görüşü zamanı açıqlayıblar.

İran nazirinin sözlərinə görə, bu Həştərxanda sammitdə Xəzəryanı dövlət başçılarının əldə etdikləri razılaşmaların məntiqi davamı ola bilər.  

"Mən beş  Xəzəryanı dövlətlər çərçivəsində əməkdaşlığımızı inkişaf etdirməyi təklif edirəm. Bu beştərəfli əməkdaşlıq, Xəzər dənizinin çirklənmə məsələləri, böhran vəziyyətlərdə idarə üzrə birgə təlimlər məsələləri ilə məşğul olacaq əlahiddə struktur olmalıdır" - nazir təklif edib.  

Vahid struktur qarşısında qoyulacaq ilk məsələlərdən biri - iştirakçı ölkələrin fövqəladə xidmətlərinə öz tərəfdaşlarına yardım göstərməyə imkan verəcək dövlətlərarası normativ aktların hazırlanması olacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi