Rusiya və İran neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib

Rusiya və İran neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib Bunu Rusiya Ekologiya və Təbii Sərvətlər naziri Sergey Donskoy bildirib
Region
22 Fevral , 2015 23:31
Rusiya və İran neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlib

Bakı. 22 Fevral. REPORT.AZ/ Rusiya Ekologiya və Təbii Sərvətlər naziri Sergey Donskoy bu gün İranlı həmkarı Bican Namdar Zangene ilə apardığı danışıqlardan sonra bildirib ki, Moskva ilə Tehran neft-qaz sahəsində əməkdaşlığı genişləndirilmək niyyətindədir.

"Report"un TASS agentliyinə istinadla verdiyi məlimata görə, razılaşmaya əsasən Rusiya şirkətləri İranın neft-qaz sektorunda həyata keçirilən layihələrdə daha aktiv iştirak edəcək. Rusiyalı mütəxəssislər İrana yeni yataqların keşfində də yardım edəcək.

Həmçinin İranlı gənclər üçün Rusiya ali məktəblərində nef-qaz mühəndisliyi peşəsi üzrə təhsil imkanı genişləndiriləcək.

Qeyd edək ki, ötən gün S.Donskoyun iştirakı ilə Tehran nümayəndələri ilə Xəzər Dənizində biomüxtəlifliyin qorunmasına dair protokol da imzalanıb. 

Son xəbərlər

Orphus sistemi