Rusiya və İran "Hörmüzgan" İES-in dörd enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb

Rusiya və İran "Hörmüzgan" İES-in dörd enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb Bununla yanaşı, İran və Rusiya bank sahəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər
Region
29 İyul , 2016 15:25
Rusiya və İran Hörmüzgan İES-in dörd enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalayıb

Bakı. 29 iyul. REPORT.AZ/ "Texnopromeksport" və İranın buxar istilik elektrik stansiyasında (İES) elektrik enerjisi istehsal edən holdinq şirkəti arasında "Hörmüzgan" İES-in hər biri 350 MVt olan dörd enerji blokunun tikintisi ilə bağlı müqavilə imzalanıb. Bununla yanaşı, İran və Rusiya bank sahəsində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri, İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi ilə görüşünün yekunları barədə danışarkən məlumat verib.

A.Novak jurnalistlərə açıqlamasında onu da bildirib ki, 2016-cı ilin sonuna qədər İranla azad ticarət zonasının yaradılması barədə qərar qəbul edilə bilər.

Öz növbəsində, İranın rabitə və kütləvi kommunikasiyalar naziri Mahmud Vaezi beşillik strateji proqram yaratmaqla bağlı razılığa gəldiklərini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi