Bakı. 20 yanvar. REPORT.AZ/ Rusiyanın müdafiə naziri Sergey Şoyqu İrana rəsmi səfər edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bildirib.
S.Şoyqu İranın müdafiə naziri, briqada generalı Hüseyn Dehqanla qlobal, regional təhlükəsizlik, hərbi və hərbi-texniki sahədə əməkdaşlığın fəallaşdırılmasına dair məsələləri müzakirə edib.
Səfər zamanı S.Şoyqu ilə H.Dehqan hərbi əməkdaşlıq haqda hökumətlərarası razılaşmanı da imzalayıblar.