​Rusiya və Ermənistan nüvə təhlükəsizliyi ilə bağlı məlumat mübadiləsi barədə razılığa gəlib

​Rusiya və Ermənistan nüvə təhlükəsizliyi ilə bağlı məlumat mübadiləsi barədə razılığa gəlib Tərəflər müntəzəm olaraq hər iki ölkənin nüvə obyektlərində nüvə və radiasiya təhlükəsizliyi barədə məlumat mübadiləsi aparacaqlar
Region
7 Oktyabr , 2015 12:44
​Rusiya və Ermənistan nüvə təhlükəsizliyi ilə bağlı məlumat mübadiləsi barədə razılığa gəlib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Rusiya və Ermənistan arasında nüvə obyektlərində nüvə və radiasiya təhlükəsizliyi sahəsində informasiya mübadiləsi üzrə hökumətlərarası saziş imzalanıb."Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, sənədi "Rosatom" dövlət korporasiyasının baş direktoru Sergey Kiriyenko və Ermənistanın energetika və təbii sərvətlər naziri Yervand Zaxaryan imzalayıblar.

Müqaviləyə əsasən, tərəflər müntəzəm olaraq hər iki ölkənin nüvə obyektlərində nüvə və radiasiya təhlükəsizliyi barədə məlumat mübadiləsi aparacaqlar.

Tərəflər ötürülən məlumatların həcmi və ötürülmə qaydaları da daxil olmaqla qəbul olunan öhdəliklərin yerinə yetirilməsi üçün əməli tədbirlər işləyib hazırlayacaq. 

Son xəbərlər

Orphus sistemi