Yuxarı

Rusiya Ukrayna ilə sərhəddə hərbi baza tikir

Bazanın tikintisinin birinci mərhələsi 2016-cı il aprelin 29-da başa çatacaq

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiya Ukrayna ilə sərhədə yaxın Belqorod vilayətində yeni hərbi baza tikir.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Xəbərə görə, bazada bir neçə min əsgər saxlamaq mümkün olacaq. Orada təlim mərkəzi və döyüş sursatının saxlanılması obyektləri də olacaq. Soloti kəndi yaxınlığında böyük qarğıdalı sahəsində bu həftə fəhlələr hasar çəkiblər. Onlar "Reuters"in jurnalistinə "Ukraynanın casus"u deyərək, həmin ərazini tərk etməsini istəyiblər.

Məlumatda bildirilib ki, baza Ukrayna sərhədindən 25 km aralı sərhədboyu tikilir.

Tikintinin birinci mərhələsi 2016-cı il aprelin 29-da başa çatacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi